Türkiyə şirkətləri vətən üçün fədəkarlıq edəcəklər.
"Bütün şirkətlərimizdən 10 faiz endirim istədik və razılığa gəldik".
Bunu Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak "İnflyasiya ilə Mübarizə Proqramı"nın açıqlanmasına həsr olunmuş tədbirdə deyib.
"Bütün şirkətlərimizdən minimum 10 faiz endirim etmək və bu güzəşti il sonuna qədər davam etdirmək sözü aldıq. Bütün şirkətlərimiz təyin olunan loqo ilə endirim kampaniyasına dəstək sözü verdilər",- nazir deyib.
Albayrak bildirib ki, banklar da kredit faizlərində 10% endirim edəcəklər.
Albayrak qeyd edib ki, bu ilin sonuna qədər elektrik və təbii qazın qiymətləri qaldırılmayacaqdır.
Berat Albayrak, "Türkiyə iqtisadiyyatında sabitləşmə dövrü başlayıb", - deyib.
Albayrak, "Sentyabr ayıında kimsə bu qədər yüksək inflyasiya gözləmirdi. Qiymətlərdə normallaşma təmin edəcək bir prosesə giririk" - deyib.
Kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli çıxışında ucuz ət layihəsinin davam edəcəyini bildirərək, "ət və süd qurumu 10 məhsulda 10% endirim edəcək. "Çaykur" qiymət artırmayacaq. Supermarket şəbəkələri 50 məhsulda 2 ay 10% endirim edəcəklər" deyib.
Proqram açıqlanan ərəfədə Dollar/TL məzənnəsi 0,7% yüksələrək 6.1535 səviyyəsinə qalxıb.
Marja.az