Türkiyə ilə Somali neft və təbii qaz sahəsində əməkdaşlığa başlayıb | Banco.az

Türkiyə ilə Somali neft və təbii qaz sahəsində əməkdaşlığa başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə və Somali neft və təbii qaz sahəsində razılıq əldə ediblər.

Banco.az xəbər verir ki, Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar neft və təbii qaz sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Somalinin Neft və Mineral Ehtiyatlar naziri Abdirizak Ömər Məhəmməd ilə hökumətlərarası saziş və anlaşma memorandumu imzaladıqlarını açıqlayıb.

Bu barədə Alparslan Bayraktar sosial şəbəkədə açıqlama verib.

Nazirin sözlərinə görə, onlar somalili həmkarı Məhəmmədlə Somalinin quru və dəniz bloklarında neft və təbii qaz sahəsində ikitərəfli əməkdaşlığın təkmilləşdirilməsini müzakirə ediblər.

“Bu razılaşma ilə Somalinin qaynaqlarını Somali xalqına çatdırmaq üçün birgə fəaliyyətlər həyata keçirəcəyik. Biz enerji sahəsində yeni əməkdaşlıqlarla Türkiyənin Afrika Buynuzu bölgəsindəki varlığını gücləndirməyi hədəfləyirik” - açıqlamada deyilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram