Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə ilə Əlcəzair müştərək neft və qaz tədqiqat şirkəti qurmağa hazırlaşır.
Banco.az xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Fatih Dönməz Türkiyə və Əlcəzairin başda Əlcəzair olmaqla region ölkələrində fəaliyyət göstərəcək müştərək neft və təbii qaz kəşfiyyatı şirkəti təsis edəcəyinə dair açıqlama verib.
Paytaxt Əlcəzairdə keçirilən 2-ci “Əlcəzair İnvestisiya Konfransı”nda fəxri qonaq qismində iştirak edən Dönməz ölkəyəiki günlük səfərini qiymətləndirib.
Nazir konfransda Türkiyə və xüsusilə Əlcəzairdəki iş və investisiya imkanları ilə bağlı fikirlərini bölüşdüyünü bildirib. O, Əlcəzairin Ünergetika və Mədən naziri Məhəmməd Arkab ilə də görüşdüyünü vurğulayaraq bu görüşdə enerji və mədənçilik sahəsində atılacaq yeni addımları müzakirə etdiklərini söyləyib.
“Digər müsbət hal ondan ibarətdir ki, biz Əlcəzairin milli neft-qaz şirkəti “Sonatrach” ilə “Türk Petrolları” (TP) arasında məhz burada müştərək şirkətin yaradılması və onların neft və qaz kəşfiyyatı fəaliyyətini başda Əlcəzair olmaqla digər region ölkələrində də birgə həyata keçirməsi ilə bağlı konsensusa nail olmuşuq”, deyə nazir bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!