Türkiyə əsassız qiymət artımına görə cərimələr tətbiq edib | Banco.az

Türkiyə əsassız qiymət artımına görə cərimələr tətbiq edib

Müəllif:Ayşən İmanova/Banco.az

Türkiyə parlamenti ölkənin ticarət qanunvericiliyinə dəyişiklikləri təsdiqləyib.

Banco.az xəbər verir ki, dəyişikliklər həddindən artıq və əsassız qiymət artımına və malların saxlanması ilə süni qıtlıq yaradılmasına görə cərimələrin tətbiqini nəzərdə tutur. Bundan sonra mal və xidmətlərin satış qiymətinin əsassız olaraq artırılması hər bir belə pozuntuya görə 3 min dollardan 30 min dollara qədər cərimə ilə cəzalandırılacaq. Bu, istehsalçılara, təchizatçılara və pərakəndə satıcılara aiddir.

Onlar həmçinin süni şəkildə malları anbarlarda saxlayaraq çatışmazlıq yaratdıqlarına görə cəzalandırılacaqlar. Cərimələr 30 min dollardan 370 min dollara qədər olacaq. 

Qiymət sabitliyinə nail olmaq, inflyasiyanı azaltmaq üçün Türkiyədə mal və xidmət istehsalçılarına qarşı yeni tənzimləyici tədbirlərin qəbulu zərurətə çevrilib. Təkcə son bir ildə 60 faizdən çox inflyasiya fonunda bir çox mal və xidmətlərin qiymətləri 10 faizdən çox artıb. Bu, eyni zamanda, maliyyə müstəvisində problemi kəskinləşdirir və sosial sabitliyin pozulmasını artırır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et