Müəllif:Mehin Qasımova/Banco.az
Dünyada ən çox serial ixrac edən ölkələr müəyyən edilib.
Banco.az xəbər verir ki, "The Economist" ən çox serial ixrac edən ölkələrin adlarını açıqlayıb.
Məlumata görə, Türkiyə dünyada ən çox serial ixrac edən üçüncü ölkədir. Siyahıda ilk iki yer ABŞ və Böyük Britaniyaya məxsusdur.
Parrot Analytics məlumat firmasının araşdırmasına görə, 2020-2023-cü illər arasında türk seriallarına qlobal tələbat 184 faiz artıb. Koreya seriallarına tələbat 73 faiz olaraq açıqlanıb. 2023-cü ildə yeni türk seriallarının üç ən böyük idxalçısı İspaniya, Səudiyyə Ərəbistanı və Misir olub.
“The Economist”in məqaləsində Türkiyədə həftədə bir bölüm yayımlanan və üç saata qədər davam edən serialların digər ölkələrdə daha qısa bölümlərə bölünərək daha uzun müddət ekranlarda yayımlandığı bildirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!