Türkiyə dövlət büdcəsinə qənaətə başlayır – TƏDBİRLƏR AÇIQLANDI | Banco.az

Türkiyə dövlət büdcəsinə qənaətə başlayır – TƏDBİRLƏR AÇIQLANDI

Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak hökumətin iqtisadi sektorda atacağı addımlarla bağlı açıqlama verib. Berat Albayrak Qurban Bayramı tətillərindən sonra iqtisadiyyatda mühüm addımlar atılacağını bildirib.

Atılacaq adımlardan birincisi, bazarın maraqla gözlədiyi orta müddətli proqram (OMP) olacaq. Albayrak eyni zamanda qeyd edib ki, bu proqram büdcəyə qənaət edilməsini və büdcə kəsirinin 1,5%-ə qədər azaldılmasını nəzərdə tutur.

Orta müddətli proqramdan sonra 2019-cı ilin büdcəsinin və 5 illik inkişaf planın hazırlanmasına başlanacaq. Nazir onu da qeyd edib ki, gələn ilki iqtisadi böyümənin 3-4% olacağı gözlənilir. Xatırladaq ki, il ölkədə iqtisadi artımın 4,4% olacağı gözlənilir.

Hökumətin əsas addımlarından biri infilyasiyanı azaltmaq olacaq. Plana görə bu il inflyasiyanın 7% (hazırda 15,85% təşkil edir), 2019-cu ildə 6% və 2020-ci ildə 5% olacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Fed.az