Türkiyə büdcəsi ötən ay 47 milyard lirə kəsirlə üzləşib | Banco.az

Türkiyə büdcəsi ötən ay 47 milyard lirə kəsirlə üzləşib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə büdcəsi mart ayında 47 milyard lirə kəsir verib.

Banco.az xəbər verir ki, Xəzinə və Maliyyə Nazirliyi mart ayı üzrə büdcənin icrasının nəticələrini açıqlayıb.

Müvafiq olaraq, mart ayında büdcə gəlirləri əvvəlki ilin eyni ayına görə 83,9 faiz artaraq 286 milyard 821 milyon lirəyə, büdcə xərcləri isə 48,5 faiz artaraq 334 milyard 44 milyon lirəyə çatıb.

Yanvar-mart dövründə büdcə gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31,9 faiz artaraq 794 milyard 728 milyon lirəyə, büdcə xərcləri isə 82,7 faiz artaraq 1 trilyon 44 milyard 753 milyon lirəyə çatıb.

Beləliklə, mərkəzi hökumət büdcəsi mart ayında 47 milyard 223 milyon lirə, yanvar-mart dövründə isə 250 milyard 25 milyon lirə kəsirlə üzləşib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et