Türkiyə Beynəlxalq Valyuta Fondunun kreditlərindən imtina edib | Banco.az

Türkiyə Beynəlxalq Valyuta Fondunun kreditlərindən imtina edib

Türkiyə daha Beynəlxalq Valyuta Fondunun (BVF) kreditlərindən yararlanmaq niyyətində deyil.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qızılcahamam şəhərində hakim Ədalət və İnkişaf Partiyasının fəalları qarşısında çıxışı zamanı deyib.

"Biz BVF-nin kreditlər səhifəsini bağlamışıq ki, bir daha onu açmayaq", - deyə dövlət başçısı vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Türkiyə prezidenti bu bəyanatı son zamanlar Vaşinqtonla münasibətlərin, eləcə də 2016-cı ildə Ankara tərəfindən saxlanılan amerikalı keşiş Endryu Bransona görə gərginləşməsi fonunda edib.

Report.az