Türkiyə bankı Gəncədə filial açacaq | Banco.az

Türkiyə bankı Gəncədə filial açacaq

Türkiyənin “Ziraat Bankası”nın Azərbaycandakı törəməsi “Ziraat Bank Azərbaycan” ASC 2-ci filialını açmağa hazırlaşır.

Yeni filial Gəncə şəhərində fəaliyyət göstərəcək.

Bununla belə, “Ziraat Bank Azərbaycan”ın Sumqayıt və Naxçıvan şəhərlərində də yeni filial açmaq planları var. Hazırda isə Bank müştərilərinə Bakının Yasamal rayonundakı baş ofisi və Səbail rayonundakı filialı vasitəsilə xidmət göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Ziraat Bank (Azerbaijan)" ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.

© Report