Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin oktyabr ayında Türkiyənin təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,86% artaraq 4 milyard 105 milyon kubmetrə çatıb.
Banco.az Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna istinadən xəbər verir ki, idxalın böyük hissəsi boru kəmərləri ilə həyata keçirilib.
Belə ki, idxalın 3,4 milyard kubmetri boru kəmərləri qazının, 659,4 milyon kubmetri isə mayeləşdirilmiş təbii qazın payına düşüb.
Hesabat dövründə Türkiyənin Azərbaycandan qaz idxalının dəyəri 996,8 milyon kubmetrə bərabər olub. Türkiyənin Azərbaycandan qaz idxalı illik müqayisədə 1,17% azalıb. 2024-cü ilin oktyabr ayında bu göstərici 1 milyard 8 milyon kubmetr təşkil edirdi.
Oktyabr ayında Türkiyəyə ən çox qaz Rusiyadan idxal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
