Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ildə Türkiyənin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 1 milyard 219 milyon 15 min dollara bərabər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 6,4% və ya 83 milyon 394 min dollar azdır.
Hesabat dövründə Türkiyə Azərbaycana ən çox investisiya yatıran 2-ci ölkə olub.
Qeyd edək ki, 2023-cü ildə bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 1 milyard 302 milyon 409 min dollar təşkil edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!