Türkiyədə dövlət bankları vasitəsilə bazarlarda dünən və gecə yarısından sonra 1 milyard dollardan çox valyuta satışı edildiyi iddia edilir.
"Reuters"ə məlumat verən mənbələr, "Ziraat Bankası" başda olmaqla dövlət bankları vasitəsilə bazarlarda dünən və gecə yarısından sonra 1 milyard dollardan çox valyuta satış reallaşdırıldığını bildiriblər.
Dollar/TL məzənnəsi dünən 6.2460 səviyyəsini test etdikdən sonra Türkiyə Mərkəzi Bankının addımlarının da dəstəyi ilə gecə saatlarında istiqamətini aşağı çevirməyə başladı. Sonra məzənnədəki eniş meyli təxminən 20-25 dəqiqə ərzində 6.0515-ədək davam etdi.
Hazırda Dollar/TL məzənnəsi 6.10 səviyyələrindədir. Lirə Dollar qarşısında 1,4% dəyər qazanıb.
Marja