Türk Lirəsinə təsir edə biləcək kritik göstəricilər açıqlanacaq | Banco.az

Türk Lirəsinə təsir edə biləcək kritik göstəricilər açıqlanacaq

Bu gün Türkiyədə avqust ayı inflyasiya göstəriciləri açıqlanacaq. Açıqlanacaq göstəricilərin Dollar/Türk Lirəsi (TL) məzənnəsində dalğalanmaya səbəb olacağı gözlənilir.

"Reuters"ın keçirdiyi sorğuya görə, İstehlakçı Qiymətləri İndeksinin Avqustda siqaret və qaz başda olmaqla bir sıra məhsulların bahalaşmasının təsirilə aylıq müqayisədə 1.3% artması, ancaq illik inflyasiyanın İyuldakı 16.65%-dən 15.51%-ə geriləməsi gözlənilir.

Türkiyədə avqust ayı inflyasiya göstəriciləri Bakı vaxtı ilə saat 11:00-da açıqlanacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Bakı vaxtı ilə saat 09:20-də Dollar/Türk Lirəsi məzənnəsi 5.8073 səviyyəsində olub.

ABŞ-Çin ticarət müharibəsi və müqaviləsiz Brexit ehtimalının yaratdığı qlobal riskdən qaçış təzyiqi də Türk Lirəsinə mənfi təsir edir.

Dollar/Türk Lirəsi məzənnəsində 5.75 səviyyəsinə qədər ola biləcək geriləmənin "normallaşma hərəkəti" olaraq görülməsi lazım olduğu bildirirlər. Məzənnənin 5.85 səviyyəsinin üzərinə qalxmasının isə Lirənin daha da ucuzlaşa biləcəyinə işarə ola bilər.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et