Tamara Mustafayeva, Banco.az
Ötən həftəni 12.33 səviyyəsində başa vuran məzənnə həftənin yeni iş gününə 12.40 səviyyəsində başlamışdı.
Banco.az türk mətbuatına istinadla xəbər verir ki, səhər saatlarında türk lirəsinin yenidən dəyər itirməsi ilə 12.79 səviyyəsini keçən məzənnə daha sonra bir qədər geriləsə də, prezident Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra yenidən yüksəlib.
Hazırda Dollar/TL məzənnəsi 12.76 səviyyəsində ticarət edilir.
Qeyd edək ki, yeni həftənin əsas gündəm mövzusu koronavirusun "Omicron" adlı yeni ştammı hesab edilir.
Bizi sosial şəbəkələrdən izləyin!!