Türk lirəsi ucuzlaşmaqda davam edir - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Türk lirəsi ucuzlaşmaqda davam edir - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dünən 13.83 səviyyəsindən 14.40-a qədər yüksələn məzənnə yeni günə də eyni dinamika ilə başlayıb. 

Banco.az türk mətbuatına istinadla xəbər verir ki, türk lirəsi səhər saatlarında ucuzlaşmaqda davam edərək məzənnənin 14.50 səviyyəsini üstələməsinə səbəb olub. Kurs ötən ay 40%-ə yaxın yüksəlişə imza atdıqdan sonra bu ayın əvvəlindən bəri 8% yüksəlib. Türk lirəsi isə dollara qarşı ilin əvvəlindən bu yana 95% dəyər itirib ki, axırıncı dəfə 2001-ci ildə illik əsasda bu dərəcədə geriləmə müşahidə edilmişdi.

Hazırda Dollar/TL məzənnəsi 14.57 səviyyəsində ticarət edilir.

Xatırladaq ki, Türkiyə Respublikası Mərkəzi bankı ötən həftənin cümə günü valyuta birjasına üçüncü dəfə müdaxilə etmiş, bununla da məzənnə 13.66 səviyyəsinə geriləmişdi. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram