Türk lirəsi ucuzlaşmaqda davam edir - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Türk lirəsi ucuzlaşmaqda davam edir - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

ABŞ inflyasiya göstəricilərindən sonra dolların güclənməsi fonunda türk lirəsi ucuzlaşmaqda davam edir.

Banco.az türk mətbuatına istinadla xəbər verir ki, həftənin sonuncu iş günündə 9.98 səviyyəsini keçməklə yeni tarixi rekorda imza atan məzənnə daha sonra cüzi geriləyib.

Hazırda Dollar/TL məzənnəsi 9.97 səviyyəsində ticarət edilir.

Qeyd edək ki, türk lirəsi ötən üç gün ərzində dollara qarşı 2,5% dəyər itirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram