Türk lirəsi ucuzlaşmaqda davam edir | Banco.az

Türk lirəsi ucuzlaşmaqda davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türk lirəsi mərkəzi bankın faiz qərarından sonra dəyər itirməyə davam edir.

Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) faiz qərarı və Xəzinə və Maliyyə Naziri Mehmet Şimşekin sərbəst valyuta rejimi açıqlamalarından sonra Asiya birjalarında dollar türk lirəsinə nisbətdə 25 səviyyəsini keçib.

Asiyada indikativ qiymətlərə görə, dollar/TL səhər saatlarında gündəlik 2,3 faiz artaraq 25,48 səviyyəsinə çatıb.

Xatırladaq ki, məzənnə cümə axşamı 5,7 faiz artımla 24,9075 səviyyəsində günü başa vurmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et