Türk lirəsi ucuzlaşıb | Banco.az

Türk lirəsi ucuzlaşıb

Bu gün Dollar /Türk Lirəsi məzənnəsi 5.40 səviyyəsini görüb. Türk Lirəsi Dollar qarşısında 1,1% ucuzlaşıb.

Lirənin dəyərdən düşməsinin səbəbi Türkiyə Mərkəzi Bankının faizləri aşağı salacağı barədə söz-söhbətlərdir.

Ən sərfəli kredit üçün müraciət et

"Standard Chartered"in iqtisadçısı Carla Slim, "Əsas sual Mərkəzi Bankın faiz endirib endirməyəcəyi deyil, nə zaman endirəcəyidir. Qurumların borclarına dair narahatlıqlar səbəbindən Mərkəz Bankın mümkün qədər qısa müddətdə faiz endirməyə üstünlük verəcəyini hesab edirik",- deyib.

Marja.az