Türk lirəsi ucuzlaşaraq növbəti anti-rekorda imza atdı | Banco.az

Türk lirəsi ucuzlaşaraq növbəti anti-rekorda imza atdı

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi Türkiyə Respublikası Mərkəzi Bankının faiz qərarından sonra 3%-ə yaxın yüksələrək 9.50 səviyyəsini üstələyib.

Banco.az türk mətbuatına istinadla bildirir ki, dünən Mərkəzi Bankın uçot dərəcəsi üzrə faiz bəndini 18-dən 16-ya endirməsindən sonra tarixi maksimumunu yeniləyib 9.48 səviyyəsi ilə yeni rekorda imza atan məzənnə həftənin sonuncu iş gününə 9.52 səviyyələrində başlayıb.

Hazırda Dollar/TL məzənnəsi 9.51 səviyyəsində icra edilir. 

Qeyd edək ki, türk lirəsi ötən iki gün ərzində ən çox dəyər itirən inkişaf etməkdə olan ölkə valyuta olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et