Türk Lirəsi üçün kritik gün | Banco.az

Türk Lirəsi üçün kritik gün

Dünənki Fed-in faiz qərarından sonra 5.80 - 5.81 aralığındqa hərəkət edən Dollar/TL (Türk Lirəsi) məzənnəsi kritik günə də bu ətrafda başlayıb.

Dünən ABŞ Mərkəzi Bankı (Fed) gözlənildiyi kimi faizləri dəyişdirməyərək 1.50% - 1.75% aralığında saxladı. Həmçinin Fed 2020-ci il üçün siyasət faiz təxminini 1.9%-dən 1.6%-ə saldı. Faiz qərarından sonra dolların qiyməti 5.80 - 5.81 lirə aralığında dəyişdi

Bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayacaq. Mərkəzi Bankın qərarının TL-in istiqamətində həlledici olması gözlənilir. Keçirilmiş sorğuya görə, son üç yığıncaqda cəmi 10 bənd endirim edən bankın bu gün də faizdə 1,50 bənd endirim edərək əsas faizi 14%-dən 12.5%-ə salacağı gözlənilir. 

LİRƏYƏ TƏSİRİ

İqtisadçılar Mərkəzi Bankının gözləntilərə paralel olaraq əvvəlki addımları ilə müqayisədə daha kiçik bir addım atması, verəcəyi mesajlarda təmkinli bir dil istifadə etməsi və bunların nəticəsində bazarlarda faiz endirimlərində sona yaxınlaşıldığına dair bir fikir əmələ gəlməsinin TL-nin sabitləşməsinə kömək olacağını bildirirlər. Əksinə bir ssenaridə (kəskin faiz endirilməsi) real faiz daha çox düşəcəyi üçün TL-nin dəstək tapması çətinləşə bilər. Türkiyənin ABŞ ilə əlaqələrinin çətin bir dövrdə olması və TL-nin dollar qarşısında 5,80-nin üzərini test etməsi, TCMB-in bu dəfə proqnozlara yaxın bir addım ata biləcəyinə dair fikirləri gücləndirib.

Ən sərfəli kredit üçün müraciət et

Türkiyə Mərkəzi Bankının əsas pul siyasəti faizi 14% səviyyəsindədir. Faizin ən çox 12,50% və 13% səviyyələrinə endiriləcəyi gözlənilir.

Bu gün  Avropa Mərkəzi Bankının Kristin Laqardın sədrliyi ilə ilk yığıncağı keçiriləcək. Bankın faizlərdə dəyişikliklər edəcəyi gözlənilmir.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et