Türk lirəsi tarixi minimuma düşüb | Banco.az

Türk lirəsi tarixi minimuma düşüb

Müəllif:Ayşən İmanova/Banco.az

Türkiyə lirəsinin ABŞ dollarına qarşı məzənnəsi çərşənbə günü yenidən tarixi minimuma çatıb və bir dollar üçün 35 lirəlik psixoloji baryeri keçib.

Banco.az xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.

Saat 10:27-yə olan məlumata görə, dolların türk lirəsinə qarşı məzənnəsi əvvəlki bağlanış səviyyəsi olan 34,9746 lirədən 0,13% artaraq 1 dollar üçün 35,019 lirə olub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, artıq yeddinci aydır ki, lirə dollara qarşı ucuzlaşır. Türkiyə valyutasının dəyərindəki ən güclü aylıq enişlərdən biri 2023-cü ilin iyun ayında dəyərinin dörddə birini itirdiyi zaman müşahidə olunub. Nəticədə həmin ilin may ayının sonunda dolların məzənnəsi 20,8 lirədən 26,05 lirəyə yüksəlib. 

Bu ilin əvvəlindən lirə dollara nisbətdə təxminən 19% ucuzlaşıb.