Türk Lirəsi sürətlə ucuzlaşır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Türk Lirəsi sürətlə ucuzlaşır

Türkiyə Mərkəzi Bankının faiz endirməsi, geosiyasi gərginliklər, koronavirus ilə əlaqədar olaraq riskdən qaçış və Türkiyənin hər an Suriyada yeni əməliyyata başlaya biləcəyinin gözlənilməsi Türk Lirəsi üzərində təzyiq yaradır.

Dollar/TL məzənnəsi 6.15 səviyyəsini də aşıb.

Bakı vaxtı ilə saat 13:58-də Dollar 6.1556 lirəyə bərabər olub. Bu gün Lirə dollar qarşısında 1% dəyərdən düşüb.

Ötən Çərşənbə günü Türkiyə Mərkəzi Bankı (TCMB) faizi 0,50 bənd azaldaraq 11,25%-dən 10,75%-ə endirib. Beləliklə, bank son yeddi ayda 13,25 bənd faiz endirmişdir. Qərarın ardından JP Morgan və Commerzbank, TCMB-nin faiz endiriminə davam etməsini gözlədiklərini açıqlayıblar.  

Türk Lirəsi son üç ayda ABŞ dolları qarşısında 7%-dən çox dəyərdən düşüb. Bu dövrdə dollar/TL məzənnəsi  5,73-dən 6,14-yə yüksəlib.

marja