Türk lirəsi sürətlə dəyər itirir - Növbəti anti-rekord | Banco.az

Türk lirəsi sürətlə dəyər itirir - Növbəti anti-rekord

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni günə növbəti rekordla başlayıb.

Banco.az türk mətbuatına istinadla bildirir ki, Türkiyə Respublikası Mərkəzi Bankının cümə axşamı həyata keçirəcəyi Pul Siyasəti Komitəsinin iclasından əvvəl ucuzlaşmaqda davam edən lirə səhər saatlarında növbəti anti-rekorda imza atıb. 9.37 səviyyəsi ilə rekord qıran məzənnə daha sonra bir qədər geriləyib.

Hazırda Dollar/TL məzənnəsi 9.34 səviyyəsində icra edilir. 

Qeyd edək ki, Türk lirəsi ötən 1 ay ərzində 7,65% geriləmə ilə dollara qarşı ən çox dəyər itirən inkişaf etməkdə olan ölkə valyutası olub ki, ikinci yerdə 4,24%-lik göstərici ilə Çili pesosu var.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et