Türk lirəsi rekord səviyyədə ucuzlaşıb | Banco.az

Türk lirəsi rekord səviyyədə ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türk lirəsi dollar və avroya qarşı rekord səviyyədə dəyər itirib.

Banco.az xəbər verir ki, dollar və avronun türk lirəsinə qarşı məzənnəsində həftənin əvvəlində başlayan yüksəliş dinamikası bu gün də davam edib.

Səhər saatlarında Dollar/TL məzənnəsi 22,33, Avro/TL məzənnəsi isə 24,07 səviyyələrinə çatmaqla yeni rekorda imza atıblar.

Xatırladaq ki, dolların türk lirəsinə qarşı məzənnəsi ötən həftənin sonunda 20,92, avronun məzənnəsi isə 22,59 səviyyəsində idi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et