Türk lirəsi rekord həddə ucuzlaşdı (VİDEO) | Banco.az

Türk lirəsi rekord həddə ucuzlaşdı (VİDEO)

Türkiyədə 17 dekabr rüşvət əməliyyatından sonra lirənin qiyməti hər keçən gün bir az da ucuzlaşır. Uzağa getməyək elə 100 Azərbaycan manatı ötən həftə 270 lirə idisə indi valyuta məntəqələrində 285 - lirəyə dəyişdirilir. 

Yenidən gözlər Turkiyə Mərkəzi Dövlət Bankındadır. Her kes lirənin qiymətinin tənzimlənməsini gozləyir. 

Açıq görünən haldır ki, Türkiyədəki sürprizlərlə dolu siyasi xaos ölkəni iqtisadi gərginliyə sürükləyir. 

Belə ki, dollar və avronun hər keçən gün məzənnəsinin yüksəlməsi ölkədəki bir çox seyin bahalaşmasına səbəb ola bilər.

Yeni ilin başlangıcında turk lirasinin məzənnəsi 9.4 faiz aşağı düşmüşdü. Bu həftə isə yeniden 3.4 faiz azalma müşahidə olunur.

Türkiyədə dollar ve avronun her keçən gün artması nəticəsində Özəl sektorun xaricdən təmin etdiyi uzun müddətli kredit borcu, son bir neçə gündə 12.3 milyard dollar artaraq 151.5 milyard dollar səviyyəsinə çatıb.

İqtisadi analitiklər də hesab edirlər ki, əgər hökumət təcili olaraq qəti qərar qəbul etməsə türk lirəsinin 1981-ci ildən bəri müşahidə olunan ən aşağı qiyməti bundan sonra da ucuzlaşmaqda davam edəcək və onların proqnozlarına görə ayın sonuna qədər dollar 226 liraya avro isə310 liraya qədər yuksələcək.

Ən sərfəli kredit üçün müraciət et

anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et