Türkiyə Mərkəzi Bankının faiz endirməsi, geosiyasi gərginliklər, koronavirus ilə əlaqədar olaraq riskdən qaçış və Türkiyənin hər an Suriyada yeni əməliyyata başlaya biləcəyinin gözlənilməsi Türk Lirəsi üzərində təzyiq yaradır.
Dollar/TL məzənnəsi 6.10 səviyyəsini də aşıb.
Bakı vaxtı ilə saat 07:40-da Dollar 6.1078 lirəyə bərabər olub.
Çərşənbə günü Türkiyə Mərkəzi Bankı (TCMB) faizi 0,50 bənd azaldaraq 11,25%-dən 10,75%-ə endirdi. Beləliklə, bank son yeddi ayda 13,25 bənd faiz endirmişdir. Qərarın ardından JP Morgan və Commerzbank, TCMB-nin faiz endiriminə davam etməsini gözlədiklərini açıqlayıblar.
Türk Lirəsi son üç ayda ABŞ dolları qarşısında 5,7% dəyərdən düşüb. Bu dövrdə dollar/TL məzənnəsi 5,73-dən 6,10-a yüksəlib.
marja