Türk lirəsi kəskin ucuzlaşdı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Türk lirəsi kəskin ucuzlaşdı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankında yaşanan kadr ixtisarından sonra lirə kəskin ucuzlaşıb.

Banco.az türk mətbuatına istinadla bildirir ki, Mərkəzi Bankda 3 nəfərin vəzifədən uzaqlaşdırılmasından sonra 9.18 səviyyəsi ilə tarixi rekorda imza atan məzənnə daha sonra 9.13 səviyyəsinə geriləyib.

Hazırda Dollar/TL məzənnəsi 9.14 səviyyəsində icra edilir. 

Qeyd edək ki, "Resmi Gazete"də yayımlanan xəbərə görə, Rəyasət Heyətinin qərarı ilə sədr müavinləri Prof. Dr. Semih Tümen, Dr. Uğur Namiq Kiçik, Pul Siyasəti Komitəsinin üzvü Prof. Dr. Abdullah Yavaş istefaya göndərilib. Onların əvəzinə bu vəzifələrə müvafiq olaraq Taha Çakmak və Prof. Dr. Yusif Tuna təyin edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et