Türk Lirəsi daha da bahalaşıb | Banco.az

Türk Lirəsi daha da bahalaşıb

Türk Lirəsi dollar qarşısında bahalaşmaqda davam edir. 

Dünən 1%-dən çox düşərək 5.67-dən 5.60-a qədər geriləyən Dollar/TL məzənnəsi bu gün də geriləməkdə davam edib və 0.7%-dən çox azalma ilə 5.5694-ü test edib.

Avro 0.7% ucuzlaşaraq 6.21 lirəyə geriləyib. 

Bu həftə ABŞ Mərkəzi Bankının faiz qərarı məzənnənin hərəkəti baxımından əhəmiyyətli olacaq. Fed-in 2008-ci ildən bəri ilk dəfə faiz endirməsi gözlənilir. Faiz endirimi gözləntiləri Türk Lirəsini dəstəkləyir. 

Ən sərfəli kredit üçün müraciət et

Bu həftə Türkiyə Respublikası Mərkəzi Bankı inflyasiya hesabatını dərc edəcək. Bankın il sonu üçün 14.6 faiz olan inflyasiya proqnozunu azaltması gözlənilir.

Məzənnənin 5.45 - 5.50-yə doğru düşə biləcəyi qeyd edilir. 

Türkiyənin ABŞ ilə münasibətlərin müsbətə getməsi də Lirəni dəstəkləyir. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et