Dollar/TL (Türk Lirəsi) məzənnəsi, Qurban Bayramı tətilindən sonra yeni həftəyə yüksəlişlə başlayıb.
Avqust ayında 7.2362 ilə bütün zamanların ən yüksək səviyyəsini görən məzənnə, sonra 6 səviyyəsinə qədər gerilədi.
Dollar/TL, həftənin ilk iş günündə Bakı vaxtı ilə saat 15:20-də 6.2886 səviyyəsindən alıcı tapıb. Bu gün Lirə Dollar qarşısında 4% ucuzlaşıb.
Avro/TL məzənnəsi də 4% yüksələrək 7.2567 səviyyəsinə qalxıb.
Beynəlxalq bazarlarda Dollar, Fed sədri Cerom Pauelin çıxışından sonra bir qədər ucuzlaşmışdır.
Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak, Fransanın maliyyə naziri Bruno Le Maire ilə görüşəcək və sonra mətbuata açıqlamalar veriləcəkdir.
Digər tərəfdən,Türkiyədə açıqlanacaq məlumatlar dollar/TL-nin gedişində əhəmiyyətli olacaq. Bazar ertəsi günü real sektor inam indeksi və istehsal güclərindən istifadə nisbəti göstəriciləri açıqlanacaqdır.
Marja.az