Türk Lirəsi 1%-dən çox ucuzlaşdı | Banco.az

Türk Lirəsi 1%-dən çox ucuzlaşdı

Dollar/Türk Lirəsi (TL) məzənnəsi bu gün 1,2% yüksələrək 5,75 səviyyəsini keçib ( saat 15:30-a olan məlumat). Seçkilərə dair qeyri-müəyyənlik TL üzərindəki əsas təzyiq faktorudur.
 
Həmçinin bu gün "Commerzbank" Türk Lirəsinin ucuzlaşacağı barədə proqnoz verib. Banka görə, yeni islahat paketi yüksək inflyasiya ilə mübarizədə kifayət etməyəcək. 

Həmçinin, S-400 ilə əlaqədar olaraq ABŞ ilə münasibətlər məsələsi də investoru narahat etməyi davam etdirir. Son olaraq Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Rusiyadan ikinci S-400-ün də alına bilinəcəyini, həmçinin ABŞ F-35 təyyarələrini satmasa başqa ölkələrdən də təyyarə ala biləcəklərini söyləyib. 

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, ABŞ-da senatorlar, ABŞ vətəndaşlarının və ABŞ diplomatik missiyalarında çalışan türklərin həbs olunmasında rolu olan yüksək vəzifəli Türk rəsmilərinə sanksiya tətbiq edilməsini istəyib.

marja