Türk Hava Yollarının təyyarələrində pulsuz internet xidməti göstəriləcək | Banco.az

Türk Hava Yollarının təyyarələrində pulsuz internet xidməti göstəriləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türk Hava Yolları (THY) bütün təyyarələrində sərnişinlərinə pulsuz internet xidməti göstərməyə başlayacaq.

Banco.az xəbər verir ki, Türk Hava Yolları (THY) bu ilin sonundan başlayaraq iki il ərzində tamamlanacaq layihə çərçivəsində bütün təyyarələrində sərnişinlərinə pulsuz və limitsiz internet xidməti göstərmək üçün hərəkətə keçib.

Bu məqsədlə aviaşirkət "TÜRKSAT" ilə anlaşma memorandumu imzalayıb.

Bu barədə THY Mətbuat Məsləhətçiliyi məlumat yayıb.

Məlumata görə, İngiltərədə baş tutan aviasiya sərgisində keçirilən imza mərasimində THY-nin İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri Əhməd Bolat, THY-nin baş direktoru Bilal Ekşi və "TÜRKSAT"ın baş direktoru Həsən Hüseyn Ertok iştirak edib.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin sonunda başlanması və iki ilə tamamlanması gözlənilən layihə çərçivəsində THY mövcud donanmasını ən son uçuşda əlaqə (IFC) texnologiyaları ilə gücləndirməyi və yeni təyyarələri daha səmərəli IFC texnologiyaları ilə təchiz etməyi planlaşdırır. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et