Müəllif: Tamara Mustafayeva, Banco.az
Türk Hava Yolları (THY) Amerika qitəsində 26-cı istiqaməti olan Çilinin paytaxtı Santyaqoya uçuşların başlayacağı tarixi elan edib.
Banco.az xəbər verir ki, bu barədə Türk Hava Yollarının (THY) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, aviaşirkət dekabrın 18-dən etibarən İstanbuldan Santyaqoya həftədə 4 dəfə olmaqla hər iki istiqamətdə uçuşlara başlayacaq. Uçuşlar San-Paulu şəhərində fasilə verilməklə həyata keçiriləcək.
THY bu yeni marşrutla Amerika qitəsində xidmət göstərdiyi ümumi destinasiya sayını 26-ya çatdıracaq və bölgədəki mövqeyini daha da gücləndirəcək.
Mətbuat Xidmətinin məlumatında uçuşların başlanması ilə bağlı fikirləri yer alan THY İdarə Heyəti və İcraiyyə Komitəsinin sədri Əhməd Bolat dünyanın ən çox ölkəsinə uçan hava yolu şirkəti olaraq qitələri və mədəniyyətləri birləşdirməyə davam etdiklərini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!