Türk Hava Yollarının gəliri 50%-dən çox artıb | Banco.az

Türk Hava Yollarının gəliri 50%-dən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türk Hava Yolları III rüb üzrə maliyyə göstəricilərini açıqlayıb.

Banco.az xəbər verir ki, Türk Hava Yolları (THY) tələbatdakı güclü canlanma və əməliyyat çevikliyi nəticəsində ilin üçüncü rübünü 1,5 milyard dollar xalis mənfəətlə başa vurub. Bununla da, aviaşirkət ardıcıl beşinci rübü də mənfəətlə bağlayıb.

THY-nin bu ilin üçüncü rübündəki ümumi gəlirləri 6,1 milyard dollar olmaqla, 2019-cu ilin eyni dövründəki ümumi gəlirlərini 52 faiz üstələyib. Ümumi gəlirin 14 faizini təşkil edən karqo yüklərindən əldə olunan gəlirlər isə sözügedən dövrdə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 110 faiz artaraq təxminən 880 milyon dollar təşkil edib.

Xüsusilə Avropa hava limanlarında yaranan fasilələrə baxmayaraq, Türk Hava Yolları fəaliyyətini uğurla davam etdirərək artan sərnişin tələbatını qarşılamağa müvəffəq olub. Sərnişin tutumunun 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16 faiz çox olduğu ilin üçüncü rübündə daxili reyslərdə 91,4 faiz, beynəlxalq reyslərdə isə 85,3 faiz yükləmə əmsalı ilə ümumilikdə 23 milyon sərnişin daşınması həyata keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et