Türk Hava Yolları yay uçuş planını hazırlayıb | Banco.az

Türk Hava Yolları yay uçuş planını hazırlayıb

Yeni növ koronavirus səbəbilə daxili və xarici reyslərini dayandıran Türk Hava Yolları (THY) yay aylarını əhatə edən uçuş planı hazırlayıb.

Türk Hava Yollarının planı iyun, iyul və avqust aylarını əhatə edir.

Məlumata görə, Kovid-19 pandemiyası ilə əlaqədar olaraq daha əvvəl ölkədaxili uçuşlarını 20 May, xarici uçuşlarını isə 28 Maya qədər dayandırmaq qərarı qəbul etmiş THY, iyun, iyul və avqust aylarını əhatə edən plana görə uçuşlara başlamağı nəzərdə tutur.

Daxili xətlər üzrə uçuşlarını iyunda başlatmağı nəzərdə tutan THY, xarici reyslərini pilləli olaraq bərpa edəcək.

Plana görə, iyun ayında 19 ölkəyə həftədə 75 uçuş təşkil ediləcək.

İlk olaraq Kanada (Toronto), Qazaxıstan (Almata), Əfqanıstanda (Kabil), Yaponiya (Tokio), Çin (Şanxay), Cənubi Koreya (Seul), Singapur, Danimarka (Kopenhagen), İsveç (Stokholm), Norveç (Oslo), Almaniya (Frankfurt), Berlin, Düsseldorf və Münih, Avstriya (Viyana), Hollandiyad (Amsterdam), Belçika(Brüksel), Belarus (Minsk), Gürcüstan (Tiflis), Livan (Beyrut), Küveyt və İsrail (Təl-Əviv) reysləri yerinə yetiriləcək. 

Ən sərfəli kredit üçün müraciət et

THY, iyul və avqustda reyslərini artıracaq. THY iyulda 74 ölkəyə, avqustda isə 98 ölkəyə reyslər planlaşdırır.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et