"Türk Hava Yolları" Rusiyaya uçuşları dayandırdı | Banco.az

"Türk Hava Yolları" Rusiyaya uçuşları dayandırdı

Türkiyənin "Türk Hava Yolları" (THY) aviaşirkəti aprelin 15-dən başlayaraq Rusiyaya uçuşları dayandırır.

Məhdudiyyət iyunun 1-dək qüvvədə qalacaq.

Aviaşirkətin məlumatında qeyd olunur ki, iki ölkə arasında aviareyslər qarşılıqlı şəkildə məhdudlaşdırılır.

Bu müddət ərzində Rusiya və Türkiyə arasında həftədə iki dəfə xüsusi icazəli uçuşlar həyata keçiriləcək.

Xatırladaq ki, bu gündən etibarən Rusiya da Türkiyəyə uçuşları məhdudlaşdırdığını elan edib.

Trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et