Türk Hava Yolları daha bir istiqamətə uçuşlara başlayır | Banco.az

Türk Hava Yolları daha bir istiqamətə uçuşlara başlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türk Hava Yolları (THY) Çiliyə uçuşlara başlayır.

Banco.az xəbər verir ki, dünyanın ən çox istiqamətinə uçuşlar həyata keçirən Türk Hava Yolları (THY) Çilinin paytaxtı Santyaqoya uçuşlara başlayır.

Bu barədə İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) edilən bildirişdə məlumat verilib.

“Korporasiyamızın İdarə Heyəti imkanlardan və bazar şəraitindən asılı olaraq Çilinin paytaxtı Santyaqoya müntəzəm reyslərin başlaması barədə qərar qəbul edib”, bildirişdə deyilir.

Məlumat üçün qeyd edək ki, Türk Hava Yollar şirkəti Cənubi Amerika üzrə Argentinanın paytaxtı Buenos-Ayres, Braziliyanın San-Paulu şəhəri, Kolumbiyanın paytaxtı Boqota, Venesuelanın paytaxtı Karakasa aviareyslər təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et