Müəllif - Aida İsaq, Banco.az
Türk Hava Yolları Avropanın ilin ən yaxşı dizaynına sahib aviaşirkəti seçilib.
Banco.az xəbər verir ki, “TheDesignAir” şirkəti tərəfindən aparılan araşdırmada İstanbul hava limanı müasir standartlara cavab verməsi və özünəməxsus dizayn üslubu ilə rəqiblərini geridə qoyub. Qiymətləndirilmə sərnişinlərə xidmət hissələri (zallar, qeydiyyat bölmələri, bilet kassaları və s.) və uçuş kabinlərinin (standart, biznes klas) dizaynlarına əsasən aparılıb.
Türk Hava Yollarının marketinq və satış üzrə baş direktor müavini Ahmet Olmildi müvafiq mükafata layiq görülmələri münasibəti ilə məmnunluğunu bildirib. O, hava limanında giriş nöqtəsindən tutmuş, qeydiyyat kassalarına və şəxsi sərnişin salonlarına qədər hər nöqtəyə həssaslıqla yanaşıldığını qeyd edib. Eyni zamanda o, mehriban və gülərüz komandayla hər sərnişi xüsusi diqqətlə qarşılamağa çalışdıqlarını əlavə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!