Türk Hava Yolları Avropalı rəqiblərini geridə qoydu | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Türk Hava Yolları Avropalı rəqiblərini geridə qoydu

Tamara Mustafayeva, Banco.az

Hava Naviqasiyasının Təhlükəsizliyi üzrə Avropa Təşkilatı (Eurocontrol) tərəfindən yayımlanan 4-11 aprel tarixləri üzrə uçuş trafiki hesabatına görə, Türk Hava Yolları (THY) gün ərzində orta hesabla 779 səfər sayı ilə Avropalı rəqiblərini geridə qoymağa müvəffəq olub.

Siyahının ilk pilləsində qərarlaşan THY-ni 384 səfər sayı ilə Almaniyalı rəqibi Lufthansa izləyir. Air France 374 uçuşla 3-cü, Ryanair 333 uçuşla 4-cü, Pegasus Hava Yolları 299 uçuşla 5-ci, KLM Royal Airline isə 289 uçuşla 6-cı sırada qərarlaşıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram