Turizmdən gələn gəlirləri necə artıra bilərik? – AÇIQLAMA | Banco.az

Turizmdən gələn gəlirləri necə artıra bilərik? – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Gürcüstanın turizm gəlirləri 2023-cü ildə 2019-cu illə müqayisədə 26,2% artaraq 4,1 milyard dollara çatıb. Azərbaycana isə  2019 – 3,2 milyon, 2023 – 2 milyon turist gəlib.

Banco.az xəbər verir ki, turizmdə əsas rəqibimiz Gürcüstan barədə danışan ekspert Eldəniz Əmirov bildirib ki, məsələnin əsas səbəbləri təkcə turizmlə deyil, istisadiyyatın digər sektorlarındakı fərqdən asılıdır. 

“Gürcüstanda quru sərhədləri bağlı deyil. Eyni zamanda Gürcüstan larisi manatdan daha ucuzdur. Gürcüstanda regional turizmin inkişafında, maliyyələşmə önəmli olduğu üçün kreditləşmədə Tbilisinin payı 77%, rayonların payı 0,1-0.6 %  yuxarı deyil. Buna görə də aşağı ulduzlu otellər, digər turizm infrastrukturu inkişaf edir. Təklif edilən qidalar da  həm turistləri məmnun edir,  həm oteli, həm  də, ev təsərrüfatlarının da turizmlə parallel inkişaf etməsinə şərait yaradır”. 

Eldəniz Əmirov qeyd edib ki, turizmə və regional inkişafa dəstək ola biləcək alətlər çox olmasa da, amma mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

“Bunu aşkar etmək üçün xüsusi tədqiqata gərək yoxdur. Sadəcə qonşuda uğurlu olan modelləri milli konseptə uyğunlaşdıraraq tətbiq etmək lazımdır”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et