Turizmdən ən çox asılı olan ölkələr | Banco.az

Turizmdən ən çox asılı olan ölkələr

Müəllif: Gülnar Əhmədli, Banco.az

Turizmin bəzi ölkələrin iqtisadiyyatı üçün çox önəmlidir. Çünki bu ölkələrdə iqtisadiyyatın böyük hissəsinin məhz turist xərclərindən formalaşır.

Banco.az BMT-nin Turizm Məlumatları Panelinə istinadən xəbər verir ki, ümumilikdə, turizm 2025-ci ildə qlobal ÜDM-in təxminən 10%-ni təşkil etdiyi nəhəng bir sahə hesab olunur, lakin bu pay ölkədən ölkəyə ciddi şəkildə dəyişir.

Bu siyahıda ilk yerləri əsasən kiçik ada və ya turizmə yüksək dərəcədə fokuslanmış ölkələr tutur. Məsələn, Makao iqtisadiyyatının 70.8%-i turizmdən formalaşır və bu göstərici ilə dünyada birinci yerdədir. Onu Aruba (69.7%), Maldiv adaları (68.1%) və Andorra (66.5%) izləyir. Bu ölkələrdə turizm faktiki olaraq iqtisadiyyatın əsas sütunu sayılır.

İlk beşliyi Sent-Lusiya tamamlayır (53.8%). Daha sonra isə Qrenada (48.1%) və Antiqua və Barbuda (47.8%) gəlir. Bu ölkələrin ortaq xüsusiyyəti onların kiçik ölçülü və turizmə güclü şəkildə bağlı iqtisadi struktura sahib olmasıdır.

Siyahının növbəti hissəsində də oxşar mənzərə davam edir: Seyşel adaları (46.6%), Baham adaları (35.0%) və Sent-Kits və Nevis (32.9%) kimi ölkələrdə də turizm iqtisadiyyatın mühüm hissəsini təşkil edir.

İlk 15-likdə yer alan digər ölkələr isə Sent-Vinsent və Qrenadinlər (26.9%), Malta (26.4%), Beliz (25.5%), Kabo-Verde (23.8%) və Livandır (23.6%). Bu göstəricilər göstərir ki, bəzi ölkələr üçün turizm sadəcə əlavə gəlir mənbəyi deyil, iqtisadi sabitliyin əsas dayağıdır.

Ümumilikdə, reytinq göstərir ki, turizmə ən çox bağlı olan iqtisadiyyatlar əsasən kiçik və ada dövlətləridir. Bu isə onları qlobal böhranlara (məsələn, pandemiya kimi) qarşı daha həssas edir, çünki turizmdəki hər hansı azalma birbaşa iqtisadiyyata ciddi təsir göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram