"Turizm şirkətləri sağlam rəqabət aparmalıdır" | Banco.az

"Turizm şirkətləri sağlam rəqabət aparmalıdır"

“Dövlət Turizm Agentliyi yeni turizm məhsullarının yaradılması üzərində işləyir”.

Bunu Agentliyin aparat rəhbəri Kənan Qasımov "Azərbaycanda aqroekoturizmin inkişaf perspektivləri" adlı "dəyirmi masa"da deyib.

Bundan başqa, onun sözlərinə görə, təmsil etdiyi qurumum məqsədi ölkədə peşəkar turizm şirkətlərinin fəaliyyət göstərməsidir.

Ən sərfəli kredit üçün müraciət et

“Dövlət Turizm Agentliyi kəndlərlə turizm şirkətləri arasında əlaqə yaratmağa çalışır. Şirkətin potensialı olmalıdır və onların rəqabəti bir-birini gücləndirməlidir. Bəzən şahidi oluruq ki, bir turizm şirkəti yüksəlmək üçün rəqibini aşağılamağa çalışır. Lakin rəqabət sağlam olmalıdır”, - K.Qaslmov qeyd edib.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et