Turistlər üçün şüşədən körpü tikilib | Banco.az

Turistlər üçün şüşədən körpü tikilib

İranın Ərdəbil vilayətinin Sərcəm bölgəsi turistlərin ən çox ziyarət etdiyi məkanlarından biridir.

Turistlərin regiona cəlb edilməsi üçün Hir çayı üzərində şüşədən körpü tikilib. Hir asma körpü turistlərin böyük marağına səbəb olub.

Çayın üzərindən təxminən 200 metr hündürlükdə olan asma körpünün üzərində dayananlar gözəl təbiəti seyr edə bilirlər.

Azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram