"Turist ruslar azaldığına görə 113 milyon dollar itirmişik" | Banco.az

"Turist ruslar azaldığına görə 113 milyon dollar itirmişik"

Rusiyanın iyulun 8-dən etibarən Gürcüstana birbaşa aviauçuşları qadağan etməsi nəticəsində qonşu ölkə iyul-avqust aylarında 113 milyon ABŞ dolları itirib.

Bu barədə Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili bildirib.

Onun sözlərinə görə, Gürcüstanın turizm sahəsindəki itkiləri sentyabrda da davam edib. Sentyabr ayında Rusiyadan Gürcüstana turist axını 20 faizə qədər azalıb. Bu isə öz növbəsində, özəl sektora, biznes və turizm sənayesinə mənfi təsir göstərib.

Ən sərfəli kredit üçün müraciət et

M.Kvirivişvili tezliklə Rusiyadan birbaşa aviauçuşların bərpa olunacağına ümid etdiyini bildirib.

O deyib: “Bu istiqamətdə danışıqlar gedir və çox güman ki, müsbət nəticələr əldə olunacaq”.

azərtac.az

Ən sərfəli krediti almaq üçün müraciət et