“Turanbank” ASC -nin adi sənədsiz adlı səhmlərinin “Bakı Fond Birjası” QSC-də (BFB) 01 iyun 2015-ci il tarixindən etibarən standard bazar seqmentində yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.
Qeyd edək ki, Turanbank 08.05.2015 tarixində standard bazar seqmentində listinqə qəbul edilib.
Yerləşdiriləcək səhmlərin parametrləri aşağıdakı kimidir:
Səhmləri əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.
Səhmlərinin emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.