Bakı Fond Birjasında (BFB) "Turanbank" ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanıb.
BFB-yə istinadən xəbər verilir ki, səhmlər bu gün təkrar bazarda əldə edilib.
Söhbət hər birinin nominal dəyəri 1 082 manat olan 10 səhmdən (toplam – 10 820 manatlıq) gedir. Səhmləri alan və satan tərəflər açıqlanmır.
Sövdələşmə nəticəsində bankın səhmdarlarınımn sayında dəyişiklik olmayıb. Başqa sözlə, səhmdarlarından biri payını azaldıb, digəri isə artırıb. Bununla da, pay bölgüsü cüzi dəyişib.
Qeyd edək ki, BFB-nin Listinq Komitəsinin 2015-ci ilin may ayında qəbul etdiyi qərarla “Turanbank”ın səhmləri standard bazar seqmentində listinqə daxil edilib. Ticarətə Bankın 50 835 səhmi buraxılıb.
Xatırladaq ki, "Turanbank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55,003 mln. manatdır. Bankın səhmləri 6 hüquqi və 21 fiziki şəxsə məxsusdur.
Mənbə: Report.az