“TuranBank” nizamnamə kapitalını artırır | Banco.az

“TuranBank” nizamnamə kapitalını artırır

“TuranBank” ASC səhmdarlarının 14 yanvar 2019-cu il tarixli növbədənkənar Ümumi Yığıncağında cəmi məbləği 15 000 848 manat olmaqla, 13864 ədəd  adi, sənədsiz adlı səhmin emissiya edilməsi qərara alınmışdır.

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, qərara əsasən, səhmlərin ilk mərhələsi, 9244 ədəd adi, sənədsiz  adlı  səhmləri qanunamüvafiq qaydada Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında dövlət qeydiyyatına alınmış və emissiya prosesinə başlanmışdır. 

Ən sərfəli kredit üçün müraciət et

Yeni emissiyanın yerləşdirilməsindən sonra bankın nizamnamə kapitalı təxminən 10 milyon manat artaraq 70 milyon manat təşkil edəcək.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç