TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı | Banco.az

TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC və Asiya İnkişaf Bankı (AİB) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini həyata keçirmək məqsədilə saziş imzalanıb.

Yeni saziş çərçivəsində AİB “Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı”na (TSCFP) TuranBank ASC-ni daxil edərək ticarət maliyyələşdirilməsi üzrə zəmanət limiti təsdiqləyib. Qeyd edək ki, bu saziş ölkədə idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq.  

"Biz TSCFP-nin Azərbaycanda TuranBank ilə əlaqələr qurduğunu görməkdən şadıq. AİB qlobal ticarət, iş yerlərinin artımı və iqtisadi inkişafı dəstəkləmək öhdəliyinə sadiqdir. Bu tərəfdaşlıq Azərbaycanda təchizat zəncirləri və ərzaq təhlükəsizliyi üçün çox vacibdir." Bu barədə AİB-nin Azərbaycan üzrə direktoru Candice McDeigan bildirib.

 “TuranBank ASC və AİB arasında bağlanan bu saziş beynəlxalq maliyyə təşkilatlarının Bankımıza inamının daha bir mühüm göstəricisidir. Bu saziş ölkəmizdə sahibkarlara beynəlxalq ticarət fəaliyyətini asanlaşdırmaq, onların idxal və ixrac imkanlarını genişləndirmək üçün lazım olan dəstəyi təmin etmək məqsədilə nəzərdə tutulub. Əminəm ki, əməkdaşlığımız Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektoruna, həmçinin xarici ticarətin inkişafına öz töhfəsini verəcəkdir.”- deyə TuranBank-ın İdarə Heyətinin sədri Fəzail Musayev qeyd edib.

Məlumat üçün bildirək ki, AİB firavan, inklüziv, dəyişikliklərə uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir, eyni zamanda ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirir. AİB 1966-cı ildə yaradılıb. 49-u regiondan olmaqla bankın 68 üzvü onun səhmdarlarıdır.

Ən sərfəli kredit üçün müraciət et

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 21 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bank daim inkişaf yolunu tutub, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olub. TuranBank Azərbaycanın maliyyə sektorunda stabilliyi və etibarlılığı ilə seçilən əsas iştirakçılardan biridir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbukİnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank

Bizimlə etibarlıdır...