"Turanbank" ilk rübü zərərlə işləyib | Banco.az

"Turanbank" ilk rübü zərərlə işləyib

2017-ci ilin 1-ci rübü üçün “Mənfəət və zərər haqqında hesabat”ı açıqlayan “Turanbank”ın zərərə uğradığı məlum olub.

Belə ki, bankın zərəri 1 mln. 199 min manat təşkil edib.

Bank 2016-cı ili 1 milyon 398 min manat zərərlə başa vurmuşdu.

Cari ilin 1-ci rübündə “Turanbank”ın “Xalis faiz mənfəəti” 1 mln. 932 min manat, “xalis əməliyyat zərəri” 368 min manat, Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) isə 831 min manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Nəzərinizə çatdıraq ki, bankın aktivləri sözügedən rübdə 538 mln. 885 min manat, kapitalı isə 58 mln. 520 min manat olub. Bankın kredit portfeli 274 mln. 547 min, depozit portfeli isə 245 mln. 238 min manat həcmində müəyyən olunub.

"Turanbank" "Turan" KB olaraq 12.06.1992-ci il tarixli 60 nömrəli lisenziya əsasında yaradılmışdır və 30.12.1992-ci il tarixli 115 nömrəli lisenziya əsasında milli və xarici valyutada hər cür əməliyyatları aparmağa icazə verilmişdir.