TuranBank ikinci rübdə zərərdədir | Banco.az

TuranBank ikinci rübdə zərərdədir

Turan Bank, cari ilin ikinci rübünə olan maliyyə nəticələrini açıqlayıb. Bu haqda Banco.az portalı Bankın saytına istinadən məlumat verir. Məlumata əsasən, Bank ilin ilk yarısını 948 min AZN zərərlə başa vurub. Bunun səbəbi, bankın 1 mln 57 min həcmində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar olub. Ayırılmış vəsait bankın 109 min AZN həcmində əməliyyat mənfəətini üstələyib.

Ümumiyyətlə isə bank ilin iki rübü ərzində 15 mln 151 min AZN faiz gəliri və 2 mln 506 min AZN qeyri faiz gəliri qazanıb.

Daha ətraflı şəkildə diaqramdan izləyə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bankın balans göstəriciləri ilin əvvəlindən bəri ciddi dəyişməyib. Ən böyük artım müştəri depozitlərində qeydə alınıb – 15%, müştəri depozitlərinin həcmi 260 mln 776 min manata çatıb. 

Bankın cəmi aktivlərində isə cüzi kiçilmə olub və aktivlər 521 mln 481 min həcmində formalaşıb.

Digər rəqəmlər ilə diaqramda ətraflı tanış ola bilərsiniz.