TuranBank audit hesabatını açıqladı: kredit portfeli 1,5 dəfə artıb | Banco.az

TuranBank audit hesabatını açıqladı: kredit portfeli 1,5 dəfə artıb

TuranBank Baker Tilly Azərbaycan tərəfindən aparılan 2021-ci ilin konsolidə edilmiş audit hesabatının nəticələrini açıqlayıb.

Bankın 2021-ci ildə aktivləri əvvəlki ilə nisbətən 168 milyon manat artaraq 686,5 milyon manata çatıb. 2020-ci ildə bankın aktivləri 518 milyon manat idisə,  bu artım onun 32,5%-ni təşkil edir. 2020-ci ildəki göstərici ilə müqayisədə kredit portfeli hesabat dövrdə 27% artmaqla, 414 milyon manat olub. Müştərilərə verilən bu kreditlərin həcmi isə aktivlərin 60%-ni təşkil edir.

Müştərilərin banka yerləşdirdikləri əmanətlərə gəldikdə, onların həcmi əvvəlki ilə nisbətən 2021-ci ildə 1,5 dəfə artaraq 419 milyon manatı ötüb. Bu da onun öhdəliklərinin 67%-ni təşkil edir. 2020-ci ildə isə bankın öhdəliklərinin 59,7%-i depozit portfelindən ibarət idi.

Bankın məcmu kapitalı 20,6% arataraq 57,7 milyon manata çatıb.

Xalis faiz gəliri 18% artaraq 18 milyon manat, xalis qeyri-faiz gəliri 115% arataraq 5,4 milyon manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Əlavə olaraq qeyd edək ki, 1992-ci ildən etibarən fəaliyyət göstərən bankın hazırda 16 filialı və 1 şöbəsi var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et